TOP 10

"Millinin Macarıstanla qarşıdakı görüşündəki itkilərin yerinə bir neçə namizəd var ki, gərək onları..."

Futbol
Tarix: 2019-09-23 18:00

"Millidə qarşıdakı matçlarda itkilər çoxdu. Üç futbolçumuz cəzalıdı, Rahil Məmmədovda isə zədə problemi var. Bu dəfə xüsusilə mərkəz müdafiəçiləri ilə bağlı problemimiz olacaq. Bu mövqedə çıxış edə bilən Maksim Medvedevlə Anton Krivotsyuk vərəqə limitini aşdıqlarına görə Budapeştdəki matçı buraxır. Belə olan halda, Bədavi Hüseynovun zədəyə görə uzun müddətlik fasilədən sonra qayıtması bizi sevindirməyə bilməz". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov bildirib.

 

Millimizin AVRO-2020-nin seçmə mərhələsində Macarıstan yığması ilə oktyabrın 13-dəki səfər matçında itkilərdən danışan 49 yaşlı mütəxəssisin sözlərinə görə, hazırda əsas diqqəti mərkəz müdafiəçi mövqeyinə yeni namizədlərə yönəldiblər: "Milli məşqçiləri olaraq hər tur oyunları izləyirik, tur öncəsi, tur sonrası AFFA-da toplaşaraq müzakirələr edirik. Heyətdəki iktilərə görə yaranan boşluqları doldurmaq üçün bir neçə namizəd var ki, gərək onları hərtərəfli izləyərək kimin layiq olduğunu dəqiq müəyyənləşdirək. Ola bilər ki, bunlar vaxtilə millidə oynamışlardan, təcrübəlilərdən də olsun. Buna görə də yaxşı götür-qoy etdikdən sonra qərar verməliyik. Rahilin zədəsi sağalmasa, bizdə mərkəz müdafiəçisi mövqeyinə iki nəfər lazım olur. Məmmədovun durumundan çox şey asılı olacaq ki, o yerə neçə namizəd dəvət edək. Mərkəz müdafiəçisi ümumiyyətlə, yaralı yerlərimizdəndi. Hələ yaxşı ki Bəhlul Mustafazadəni qazana bildik. Bir mövqeyə birdən-birə iki futbolçu olmayanda, bir az da çətinliyin artır. Hər şeyi gedişat göstəcək".

 

Xatırladaq ki, cəzalı yarımmüdafiəçi Dmitri Nazarovun da xidmətindən məhrum olan millimiz Macarıstanadək oktyabrın 9-da səfərdə Bəhreyn yığmasıyla yoldaşlıq görüşü keçirəcək.

 

 

MEHMAN SÜLEYMANOV

 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB