TOP 10

Kayseri Turunda 3-cü yer, Tokioya daha 26 xal

Digər
Tarix: 2019-09-23 14:43

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Kayseri” yarışı başa çatıb. Sport24.az xəbər verir ki, 2 mərhələdən ibarət velotur yığma komandamızın üzvü Elçin Əsədovun ümumi təsnifatda 3-cü yeri tutması ilə yadda qalıb.
 

Bəhreynin “VIB Sports” kontinental komandasının heyətində mübarizə aparan idmançımız 132 km-dən ibarət 1-ci mərhələdə finiş xəttini 11-ci, 147 km-lik 2-ci yarış günündə isə 3-cü keçib. Bu nəticə Elçin Əsədova ümumi təsnifatda Kayseri Turunu 3-cü pillədə başa vurmağa imkan verib. Həm mərhələ, həm də ümumi təsnifat üçüncülüyü ölkəmizin aktivinə Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 26 xal (1+25) əlavə olunması ilə nəticələnib.


Sentyabrın 27-29-da Elçin Əsədov “VİB Sports”un, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov və Mikayıl Səfərli dördlüyü isə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında yığma komandamızın heyətində Türkiyənin Konya şəhərində keçiriləcək 2.2 kateqoriyalı “Tour of Mevlana” yarışında iştirak edəcək. 3 mərhələdən ibarət bu yarış da Tokio Olimpiadasına lisenziya xalları verir.


Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB