TOP 10

“Qarabağ”ın rəqibi darmadağına sevindi

Dünya Futbolu
Tarix: 2019-09-23 13:21

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj” klubu Lüksemburq kubokunda yeni mövsümün ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, “Düdelanj”ın 1/32 final mərhələsində rəqibi “Eşternax” klubu olub. 


Aşağı liqa təmsilçisinə 6:1 hesabı ilə qalib gələn “Düdelanj” ölkə kubokunda 1/16 finala yüksəlib.


“Düdelanj” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 3-də “Qarabağ”a qarşı keçirəcək. Lüksemburq təmsilçisi qrup mərhələsinin ilk oyununda səfərdə APOEL-i məğlub edib. “Qarabağ” isə “Sevilya”ya uduzub – 0:3.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB