TOP 10

Tale Heydərov Ronaldinyo Futbol Akademiyasının istifadəyə veriləcəyi tarixi açıqladı: "Açılışı səbirsizliklə gözləyirik"

Futbol
Tarix: 2019-09-23 12:00

Azərbaycanda Ronaldinyo Futbol Akademiyasının açılışı 2020-ci ilə təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə “Qəbələ” İdman Klubunun sabiq prezidenti Tale Heydərov “Emerging Europe”də yazıb.

 

O, akademiyanın növbəti ililin əvvəlində açılacağını bildirib: “Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyasının 2020-ci ilin əvvəlində açılışını səbirsizliklə gözləyirik”. 

 

Ronaldinyo ilə “Qəbələ" arasında 2017-ci ilin martında müqavilə imzalanıb. Sözləşməyə əsasən, 39 yaşlı braziliyalı ulduz futbolçu bu klubun dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır. Lakin akademiyanın açılışı müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.

 

Qeyd edək ki, Ronaldinyonun vətənində doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir. 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB