TOP 10

Balayevdən qələbə şərhi: "Komandamız bu nəticədən məmnundu"

Futbol
Tarix: 2019-09-23 12:27

"Çətin qarşılaşma olacağını başa düşürdük. Matçın nəticəsini həll edən bir qolu son dəqiqələrdə biz vurduq". Sport24.az  xəbər verir ki, bu sözləri Qazaxıstanın "Tobol" klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib. 
 

Premyer Liqanın XXVII turunda səfərdə "Şaxtyor"a qalib gəldikləri (1:0) görüşü şərh edən 25 yaşlı qolkiper güclü rəqibi üstələdiklərini bildirib: "Oyuna maksimum güclə hazırlaşmışdıq. Olduqca vacib görüş olduğunu bilirdik. "Şaxtyor" çox keyfiyyətli futbol nümayiş etdirən komandadı, topa nəzarət etməyi sevir. Komandamız bu qələbədən məmnundu. Qarşıda bizi "Jetsu" ilə ev matçı gözləyir. Artıq növbəti rəqib barədə düşünürük".

 

Qeyd edək ki, "Tobol" 58 xalla turnir cədvəlinin lideridi. .

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB