TOP 10

"Keşlə" üçün yeni stadion

Futbol
Tarix: 2019-09-23 12:12

"Keşlə" Premyer Liqanın cari mövsümündə növbəti ev matçını da fərqli stadionda keçirəcək. Sport24.az xəbər verir ki, Tərlan Əhmədovun komandası bu dəfə "ASCO Arena"da rəqibini qəbul edəcək. Bu isə sentyabrın 29-da "Zirə"ylə VI turun qarşılaşması olacaq.

 

Məlumdu ki, həmin stadion "Səbail"indi və bu turda, məhz həmin gün səfərdə oynayacaq. "Zirə" isə Bayıla cari mövsümdə 2-ci dəfə səfər edərək ilk turda "Səbail"in qonağı olub və 0:1 hesabıyla uduzub. 

 

Xatırladaq ki, "ASK Arena"nın qazonu dəyişdirilidiyindən, "Keşlə" bu çempionatda əvvəlki ev matçlarını başqa stadionlarda keçirib. Bunlar "Qarabağ"a "Dalğa Arena"da 0:1, "Səbail"ə 1:2 hesabıyla məğlub olduqları görüşlərdi. 

 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB