TOP 10

Namaşko "Qarabağ"ın futbolçusuna çatdı

Futbol
Tarix: 2019-09-23 11:29

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 20-ci "quru oyunu"nu keçirib. Sport24.az xəbər verir ki, moldovalı qolkiperin yubileyi V turun “Neftçi” ilə matçına təsadüf edib. 0:0 hesabı ilə başa çatan görüşdə qol buraxmayan Stanislav mövsümdə 3-cü dəfə qapısını toxunulmaz saxlayıb.

 

Bununla da Namaşko mövsümün rekordçusu olan Şahruddin Məhəmmədəliyevə çatıb. “Qarabağ”ın qapıçısı ilk üç turda qol buraxmayıb.

 

Moldovalının əvvəlki 17 "quru oyun"u AZAL-ın heyətində qeydə alınıb. O, 2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 14 dəfə qapısını toxunulmaz saxlayıb.

 

Qeyd edək ki, Namaşko Premyer Liqada ümumilikdə 59 matç keçirib. Qapıçı bu matçlarda 62 top buraxıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB