TOP 10

“Səbail”in futbolçusu üçün əlamətdar oyun

Futbol
Tarix: 2019-09-23 11:23

Azərbaycan Premyer Liqasının 5-ci turu “Səbail”in futbolçusu Adil Nağıyev üçün yubileylə əlamətdar olub. Sport24.az xəbər verir ki, müdafiəçi ölkə çempionatlarında 100-cü oyununu keçirib. Bu, “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib.
 

1:1 hesabı ilə nəticələnən matç Adilin mövsümdə 5-ci, Premyer Liqada 100-cü oyunu olub.


Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu bu müddətdə 3 qol vurub. Üç klubda çıxış edən Nağıyev ilk komandası olan “Zirə”də 83 (3 qol), “Sumqayıt”da 12, “Səbail”də 5 matça çıxıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB