TOP 10

“Qarabağ”dan ardıcıl 5-ci qələbə

Futbol
Tarix: 2019-09-23 20:53

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.


Son çempion və lider “Qarabağ” turun qapanış matçında “Zirə”nin qonağı olub. Ağdam klubu itkisiz çıxışının davamını gətirməyi hədəfləmişdi. Zirəlilər isə bu oyunda qalib gəlməklə ikinci pilləyə yüksələ bilərdi. Qarşılaşma Qurban Qurbanovun çalışdırdığı qonaq komandanın qələbəsiylə başa çatıb.


Xatırladaq ki, turun digər oyunlarında “Sumqayıt” – “Sabah”a qalib gəlibsə (1:0), “Səbail” – “Qəbələ” (1:1) və “Neftçi” – “Keşlə” (0:0) görüşləri heç-heçə yekunlaşıb.


Azərbaycan Premyer Liqası
5-ci tur

23 sentyabr


“Zirə” – “Qarabağ” 1:3
Qol: X.S.Rodriqes, 88 - M.Qeye, 12. X.Romero, 41. A.Papazoqlu, 44-öz qapısına.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.


Zirə: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Elvin Məmmədov, 18. Xulio Sezar Rodriqes, 48. Şafik Tiqrudja, 25. Miloş  Bakraç, 5. Anastasios Papazoqlu, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 17. Robin Nqalande, 11. Soni Norde, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 8. Markos Madera, 6. Simeon Slavçev, 3. Ailton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB