TOP 10

Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

Dünya Futbolu
Tarix: 2019-09-23 10:22

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, sözügedən komanda 7-ci tur çərçivəsində səfərdə Karlovı-Varı “Slaviya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.


Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu da millimizin üzvü vurub. 50 v 70-ci dəqiqələrdə fərqlənən Fərid Cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.


“Slaviya”nın U-21 komandası 7 turdan sonra 12 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB