TOP 10

“Hamburq”dan Nazarovun komandasına 4 cavabsız qol

Dünya Futbolu
Tarix: 2019-09-23 09:21

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 

Aue təmsilçisi səfərdə “Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4. 


Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılsa da, heç nə ilə yadda qalmayıb.


7 turdan sonra 11 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB