TOP 10

"Şahdağ" Azərbaycan çempionunu transfer etdi

Futbol
Tarix: 2019-09-23 11:00

Region Liqasında bir mövsümlük fasilədən sonra çıxış edəcək Quba "Şahdağ"ı yeni transfer edib. Sport24.az xəbər verir ki, əyalət təmsilçisi vaxtilə "İnter" və "Qarabağ" kimi iddialı klublarda çıxış etmiş Elnur Abdulovu heyətinə cəlb edib.

 

27 yaşlı yarımmüdafiəçi aşağı yaş qruplarından ibarət yığmalarımızda da çıxış edib. Elnur "İnter"in heyətində Azərbaycan çempionu, bürünc medalçı və ölkə Kubokunun finalçısı, "Qarabağ"la isə gümüş mükafatçı olub.  Sumqayıt" , "Araz Naxçıvan" , "Zirə"  və "Rəvan"da da forma geyinib. 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB