TOP 10

İsgəndərli əvəzlənməyinə etirazının və paltardəyişmə otaqlarındakı səs-küyün səbəbini açıqladı: "Neftçi"ylə matç başlayanda desəydilər ki, 1 xal, bəlkə buna razı olardıq"

Futbol
Tarix: 2019-09-22 22:26

"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Premyer Liqanın V turunda "Neftçi"ylə Bakcell Arena"da qolsuz bərabərliklə nəticələnən səfər matçından sonra müsahibə verib. Sport24.az xəbər verir ki, cinah yarımmüdafiəçisi əvvəlcə qarşılaşma haqda dnaışıb. 

 

- Neçə xalı olur-olsun, "Neftçi" həmişə çətin rəqibdi. Səfərdə çıxış edəcəyimizə baxmayaraq, bura 3 xal üçün gəlmişdik. Sadəcə, oyun belə gətirdi. Hər halda "Neftçi" kimi komanda ilə oyundan 1 xal qazanmaq da yaxşıdı.

 

- "Neftçi"nin qırmızı vərəqə almasından sonra sizin hücuma daha çox atılacağınız gözlənilsə də, əskinə, müdafiə olunmağa və əks-hücumlara üstünlük verdiniz. Bu, nə ilə bağlı idi?

- Rəqibin heyətində kifayət qədər sürətli, texnikalı futbolçular var. Onlara qarşı açıq futbol oynamaq çətin olar. Təkbətək epizodlarda üstün olduqları üçün hardasa bundan çəkindik. Amma deməzdim ki, tam müdafiəyə çəkilmişdik. Sadəcə rəqibin oyunu bizi belə taktika seçməyə vadar elədi. "Neftçi" evdə çıxış edirdi. çox istəkli idi, .

 

- "Neftçi qeyri-stabil çıxış edir. Bu gün ona qalib gələ bilərdiniz?

- Əlbəttə, yalnız "Neftçi"yə yox, istənilən komandaya qalib gəlmək mümkündü. Bütün kollektiv meydana istəkli çıxsa, hansı rəqiblə oynamağın fərqi yoxdu.

 

- Paltardəyişmə otağını səs-küyünüz götürmüşdü, sevindiyiniz hiss olunurdu. Yəni, 1 xala bu qədər sevinirdiz?

- Yox, sevinmək söhbəti deyil. Sadəcə, məyus oturmuşduq, baş məşqçi bizi ruhlandırırdı. Bu, onun səsi idi. Bizə ürək-dirək verirdi ki, ən azından uduzmamışıq. Açığı deyim ki, heç-heçəyə məyus idik. Çünki rəqibin 10 nəfərlə qalmasından yararlana bilmədik. Ancaq matç başlayanda desəydilər ki, 1 xal, bəlkə buna razı olardıq.

 

- Əvəzlənməyinə əsəbi şəkildə reaksiya verdin. Tərlan Əhmədovun qərarına etiraz edirdin, yoxsa?..

- Desəm, bəlkə də səmimiyyətimə inanmayacaqsız, amma vallah, oyunda bir epizod var idi, ona görə əsəbləşmişdim. Meydanı qol vuraraq tərk eləmək istəyirdim, ona görə qaçırdığım epizoda pis olmuşdum. Baş məşqçimiz mənə çox səbr edib, imkan yaradıb. 5 ay qol vurmamışam, qol ötürməsi verməmişəm, ancaq Tərlan müəllim mənə dözüb. O epizodda ona etirazdan söhbət belə, gedə bilməz.

 

- Ardıcıl 2 oyun qalib gəldiz. İndisə ardıcıl 2 oyundur qələbə qazana bilmirsiniz...

- "Səbail"lə oyuna baxanlar bilir ki, ən azı bir hissə ondan üstün futbol oynadıq. Neçə qol epizodu yaratdıq, vura bilmədik. Belə deyim, hamımız öz üzərimizdə çalışıb son nöqtəni qoymağı bacramalıyıq. Bizə əsas bu çatışmır. 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB