TOP 10

Bordin "Neftçi"nin uğursuzluğunu psixoloji gərginliklə əlaqələndirir: "Neqativ hallardan sonra komandamız ayılmağa başlayır"

Futbol
Tarix: 2019-09-22 20:56

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının V turunda "Keşlə"ylə səfərdə qolsuz bərabərliklə nəticələnən ev matçından sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib. 

 

- İlk hissədə qırmızı vərəqəyədək yaxşı oynayırdıq. 11 nəfərlə oynayanda, qorxu var idi, tam güclə irəli atıla bilərdik. 10 nəfərlə daha yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə yaxşı müdafiə olunduq. Rəqib böyük qüvvəylə hücum olunurdu, standart vəziyyətləri çox edirdi. Səlahət Ağayev Sezarın zərbəsini yaxşı dəf etdi. Qol imkanlarımız da oldu, qələbə də qazana bilərdik. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza mənfi təsir edir. Neqativ hallardan sonra komandamız ayılmağa başlayır. Hər dəfə gərək belə hal olmalıdı - ya qol buraxmalıyıq, ya qırmızı vərəqə almalı. 

 

- Keçən dəfə istefa səsləyənləri öyrədilmiş insanlar olduğunu saydınız. Artıq "Forza "Neftçi" də oyunlarınıza gəlmir. Yenə istefa şüarları var. Fikrinizdə qalırsınız, yoxsa bu nəticələrə görə özünüzü günahkar sayırsınız?

- Komandanın qazandığı hər bir nəticəyə ilk növbədə məsuliyyəti mən daşıyıram. Azarkeşin istefaya səsləməsi normal haldı. Ancaq təhqiredici ifadələri qəbul edə bilmirəm.

 

- Komanda çox hücum etdi, əvəzetmələriniz da daha çox ön xəttlə bağlı oldu. Qol niyə olmadı?

- Qolu 11 nəfərlə oynayanda vurmalı idik. Bu, ilk səbəbdi. Digər tərəfdən, 10 nəfərlə müdafiə olunanda çox enerji itirirsən. Tam güclə hücum edə bilmirsən. Ancaq buna rəğmən, çoxlu qol epizodu yaratdıq.

 

- Bəzi futbolçularınız imkanlarından aşağı çıxış edirlər. Baş məşqçi olaraq sərt müdaxilə etmək fikriniz varmı?

- Fikrinizlə razı deyiləm. Məncə, komandanın üzərində psixoloji təzyiq olduğundan, istənilən oyunu göstərə bilmirik. Onu da demək lazımdı ki, bu gün "Keşlə" yaxşı oynayırdı, əks-hücumlarda təhlükəli idi.

 

- Bu psixoloji gərginlik komandanın hazırkı nəticələrinə görədi, yoxsa başqa bir səbəb var?

- Əlbəttə, nəticələrə görədi. Baqşa səbəb yoxdu. Turnir cədəvlinə baxsaq, yaxşı yerlərdə qərarlaşmamışıq. 

 

- Oyundan sonra baş hakimə yaxınlaşaraq nəyə irad bildirdiniz?

- Yaxınlaşaraq niyə oyunu bu cür tez bitirdiyini soruşdum. Top Mustivara dəydi, fitini səsləndirdi. Belə çıxır ki, top rəqibin cərimə meydanında çatsaydı, oyunu qurtaracaqdı.

 

- Monrozun funksional hazırlığı qaydasındadırmı? Qaydasındadırsa, meydanda niyə belə ləng görünür?

- Məncə, Monroz gözəl oyun göstərdi. Hətta 10 nəfərlə qalandan sonra iki dəfə artıq qaçırdı, müdafiədə də komandaya kömək edirdi.

 

- Platellasa nə olub?

- Heç nə. Sadəcə, oynamaması texniki məsələ, seçimlə bağlı idi. Bu matça bu heyət nəzərdə tutulmuşdu.

 

- 5 oyuna 5 xal. "Neftçi"nin baş məşqçisi ilk turlarda papağını qabağına qoyub nəsə fikirləşməli idi. Bu vəziyyətdən çıxmaq üçün nə fikirləşirsiniz?

- Problemi sadəcə, psixoloji gərginliklə bağlı görürəm. Deməzidm ki, başqa problem var. Sən istəkli ola bilərsən, ancaq psixoloji təzyiq sənə imkan vermir.

 

- Baş halimin sizi sarı vərəqəylə cəzalandırılmasına münasibətiniz necədi?

- Şərh edə bilmərəm. Sadəcə, epizodla bağlı hakimə sual verdim, mənə sarı vərəqə göstərdi. 

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB