TOP 10

Tərlan Əhmədov nəticəni ədalətli sayır: "Bu, yaralı yerimdi, ona toxundunuz..."

Futbol
Tarix: 2019-09-22 20:36

Azərbaycan Premyer Liqasında V turun “Neftçi” – “Keşlə” (0:0) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, əvvəlcə görüş barədə fikirlərini bildirdi...
 

- Komandama təşəkkür edirəm, baxımlı futbol oynadıq. Qol vurmasaq da, istədiyim oyunun çox hissəsini gördüm. Uduza da bilərdik. Hesab edirəm ki, ədalətli nəticədi. Futbolda bəzən yaxşı oynayıb, uduza da bilirsən. Bəzi məqamlar məni narahat edir. Xüsusən də, orta xətdə. Tural Bayramlının bir qədər zəif çıxışı məni narahat edir. Bizi qarşıda daha ağır oyunlar gözləyir. Bu cür çıxışın davamını gətirmək lazımdı.

 

- “Neftçi” kimi rəqibdən 1 xal almaq uğurdu, yoxsa azlıqda qalan rəqiblə heç-heçə uğursuzluq?
- 1 xal qazanılıbsa, deməli, belə olmalı idi. O qədər olub ki, azlıqda qalan komanda qalib gəlib. Futbolçuların üzərində çox təzyiq var idi. Rəqib azlıqda qalsa da, uduza bilərdik. Komandanın 80 faizini dəyişmişik. Oyundan oyuna daha baxımlıq çıxış edirik. Rəqib 11 nəfərlə çıxış etsəydi, bəlkə də, qalib gələcəkdik.

 

- Ehtiyat qüvvə çox azdı. Kənarda sonradan meydana çıxıb, oyunu dəyişəcək futbolçunun olmamağı sizi narahat etmir?
- Yaralı yerimdi, buna toxundunuz. Ehtiyatda ikinci heyət olmalıdı. Yox deməzdim, amma buna yaxındı. Ən yaxşı oyunçularımız Əfran və Cabirdi. Əfran bu gün yaxşı təsir bağışladı. Formasını bərpa etdikdən sonra daha çox köməyi dəyəcək.

 

 

MEHMAN SÜLEYMANOV

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB