TOP 10

Vüqar Əsgərov “Liepaya”nı məğlubiyyətdən xilas edə bilmədi

Dünya Futbolu
Tarix: 2019-09-22 14:44

Futbol üzrə Latviya çempionatında 29-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Spartak”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.


Vüqar da bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.


“Liepaya” hazırda 29 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB