TOP 10

Tərlan Əhmədov komandasını "partizan"a bənzətdi: "Rəqib "Neftçi" olsa belə, heç vaxt favorit olduğunu demirəm"

Futbol
Tarix: 2019-09-22 13:47

Ötən çempionatı son pillədə keçirməklə mövsümü boşa verən "Keşlə" bu mövsümdə medalçılar, avrokuboklar sırasına düşməyi hədəfləyib. Tərlan Əhmədovun komandası ilk növbədə oyun baxımından inamlı təsir bağışlayır. Əhmədov Sport24.az-a müsahibəsində bu və digər mətləblərdən danışıb. 

 

- "Keşlə"ylə cari mövsümdəki çıxışıyla bağlı təzadlı məqam var. Evdə uduzursunuz, səfərdə qalib gəlirsiniz. Əslində, ev də nisbi anlayışdı. Çünki meydançanızda yenidənqurma işləri olduğuna görə hələ ki rəqiblərinizi başqa arenalarda qəbul etməli olursunuz. Bu çıxışınıza təsir göstərirmi?

- Əlbəttə ki, bunun da istər-istəməz təsiri var. Komandamız nə ilk, nə də son turda məğlub olmalı idi. Ancaq hər birimiz onu da yaxşı bilirik ki, oyun yaddan çıxır, nəticə qalır. Turnir cədvəlinə statistika, nəticə maraqlıdı, oyun yox. Bizim üçün ağırdı ki, ev oyunlarını demək olar səfərdə keçiririk. Komanda yeni-yeni artıq formalaşır, futbolçuların demək olar hamısı indi-indi bir-birinə uyğunlaşır. Bəli, bizim üçün son turda məğlubiyyət gözlənilməz oldu. Çünki iki uğurlu çıxışdan sonra belə bir məğlubiyyət almaq...İki gülünc səhvdən top buraxdıq. Bundan sonra toparlandıq, yaxşı oyun nümayiş etdirdik, qol imkanlarımız oldu. Ancaq bunlardan lazımınca istifadə edə bilmədik. Artıq əsəblər tarıma çəkilmişdi, qol epizodlarını buraxırdıq.  Deməzdim ki, bizdə ev və ya səfər oyunu sindromu var. Düşündüyüm qədər komanda getdikcə daha yaxşı, daha stabil çıxış etməlidi. Futbolun özünün də tələbləri var. Nə qədər fikirləşsən də, düşüncəmizdə ay belə olmalıdı, ay elə - yox, rəqibləri də nəzərə almalıyıq, hər oyunun özəlliyi də. Komandanın uğurlu çıxış etməsi üçün həddindən artıq çox çalışmalı, güc sərf etməliyik. Və bununla ümumi komanda formasında bir-birimizə dəstək olaraq bu ağır yolu keçməliyik. Çünki komandamız demək olar yenidi.

 

- İstənilən halda, hələ ki təbii otda oynayırsınız. Bu, sizi nə dərəcədə razı salır? Çünki yenidən sintetik qazona qayıdacaqsınız. Bu, hardasa sonradan təsirini göstərə bilərmi?

- Bilirsiniz, peşəkar futbolçu və ya peşəkar insanlar üçün fərq etməməlidi. İstər təbii, istər süni ot olsun, istəyir lap beton olsun, peşəkar üçün peşəkarlıq başqadı. Peşəkar hər bir hava şəraitində, hər bir ot örtüyündə öz performansını göstərməlidi. Bəli, təbi otda oynanılan futbol, istək tamamilə başqadı, sünidə tam başqa. Hələ ki təbii otda oynayırıq, normal da futbol gedir. Zədə epidemiyası ümumiyyətlə, sıfra enir. Bunlar hamısı təbii otda başqadı. Amma süni qazonda bütün bu prosesləri nəzərə alırsan ki, artıq zədə epidemiyası daha çoxalır, 60-70 faiz artıq olur. Bir də görürsən ki, həddən artıq çox olur. Təbi otdan süniyə keçmək hər halda, bir müddət vaxt alır. Hər Düşünürəm ki, bunların heç biri bizim üçün bəhanə olmamalıdı. Çalışmalıyıq peşəkarcasına öz işimizə yanaşaq.

 

- Komandanızın ilk hissəsini yaxşı keçirməməsi sizin üçün qaranlıq almasıyla bağlı açıqlamanız diqqət çəkdi. Bundan bir həftəyə də yaxın vaxt keçdi. Buna aydınlıq gətirdinizmi ki, niyə belə olur? Hər halda, futbol 45 yox, 90 dəqiqədi...

- Haqlısınız. Futbolçularda da fərdi söhbətimiz olur, komanda şəklində də. Hər halda, mövsümün gedişində nəyisə tapmaq çətindi. Heç vaxt da heç kim deməz ki, bu, niyə belə oldu. Meydana 11 futbolçu, hərəsi fərqli fikirdə, psixologiyada çıxır.  Düşünürəm ki, zamanla bunların hamısı öz yoluna düşəcək. Hər bir komandada belə şeylər ola bilər. Görürsən elə komanda var ki, əvvəli yaxşı başlayır, sonrasını gətirə bilmir. Elə komanda da var ki, tam fərqli olur. Bu, komandanın yox, artıq futbolun tələbidi. Bu prosesi də yavaş-yavaş keçəcəyik, Komanda getdikcə oyundan-oyuna artırdıqca çətinliklərin öhdəsindən gələcək. Deyirdilər ki, komanda fiziki cəhətdən çatdırmır. Amma ilk 4 turda 96-97-ci dəqiqədə hücumda çıxış etmişik. Analiz etdik, gördük ki, komanda ilk 15-20 dəqiqədə hələ axtarışda olur, partizan rolunu oynayır, ehtiyatlı davranır. Ancaq hər zaman tələb edirikk ki, ilk dəqiqələrdən, start fitindən final fitinədək maksimal oyun göstərməlidi. Bu proses də yavaş-yavaş yolunu tapacaq.

 

- Heyətin komplekləşdirilməsinə nə dərəcədə razı qaldınız? Əsas mərkəz hücumçusu mövqeyinə diqqət yetirmək istəyirəm. Burda cəmi bir futbolunuz var - Lorenzo Frutos. Bütün mövsümə tək onunla çətin olmayacaq?

- Hər halda, bu mövqeyə Ruslan Qurbanov da var. Bildiyiniz kimi, o, mərkəz hücumçusu mövqeyində də çıxış edə bilir, millidə bunu göstərib, qolları da var. Ola bilər ki, hücumçu məsələsi qışda da gündəmə gəlsin. Əlbəttə, biz də istəyirik ki, hər mövqeyə rəqabət, futbolçu seçimi çox olsun. Komandamız demək olar kopmplektləşib. Amma heç zaman heç bir komanda tam komplekləşmir. Hər 6 aydan bir komandaya yeni nəfəs cəlb olunur. İstər-istəməz qış, yay fasiləsində yeni transferlər edirsən. Nə qədər Top klub, maliyyə imkanların güclü olsa, komanda formalaşsa da, heyətdə bu dəyişikliklər qaçılmazdı. Bunlar təbii proseslərdi. Hər halda, bizdə bir hücumçu yoxdu. Həmin mövqedə Emin Mehtiyevin də oynamaq  imkanı, bacarığı var. Əvəzedici komandamızdan Xəzər Mahmudovu cəlb etmişik. İndi artıq onun üzərində işimiz gedir. Yerli gənc futbolçudu, onu hazırlayırıq. Gələcəkdə sırf mərkəz hücumçusu dəvət edəcəyik. Ancaq bizim üçün hazırkı vəziyyət də problem deyill.

 

- "Keşlə" Azərbaycan Kubokunu qazandığı 2017/18 mövsümündə lideri Sezar Meza Kolli idi. Yarım il futbolsuz qalan bu oyun qurucusu tez bir zamanda özünü göstərərək komandanı arxasınca daşıdı, mövsümü titulla başa vurmasında böyük pay sahibi idi. İndi Sezar hələ o səvyyədə deyil. Nə qədər zaman lazımdı ki, həminki oyununu görək?

- Bəli, onu bilirik ki, Sezar təkbaşına oyunun taleyini həll edə biləcək futbolçudu. Onu nəzərə alaq ki, keçən mövsüm futbol oynamayıb. Həm zədədən uzun müddət əziyyət çəkib, həm də getdiyi Rumıniyadakı komandada uzun müddət çıxış etməyib. Bunun səbəbləri keçmişdə qaldı. Futbolçu bu qədər yaşıl meydandan kənarda qalandan sonra onun yenidən formasını yenidən bərpa etməsinə zaman lazımdı. Həm də Sezar bizə ilk günlərdən qoşulmadı. Plana görə komandamız iyunun 20-də mövsümə hazırlığa başlayanda, Sezar hardasa iyulun sonuna yaxın bizə qoşuldu. Onun oyundan oyuna formasını bərpa etməsi üçün hələ də proqramla işləyirik. Bu da zamanla həll olunur. Biz də düşünürük ki, hardasa oktyabrın əvvəlinə Sezar öz formasını bərpa edəcək. Bəli, ümumi götürəndə, komanda oyununa üstünlük verirəm. Amma komanda oyununu da idarə edən bir futbolçu olmalıdı. Biz də ümid ediirk ki, Sezar beləsi olacaq. Komandada lider futboçuların olması vacibdi. Əfran İsmaylovu da cəlb etmişik, bizimlə təlim-məşq toplanışı keçmədiyindən ona da vaxt lazımdı. Əfran da yavaş-yavaş formasını bərpa edir. Ancaq dsaha çox Sezarın oyun üslubuna üstünlük veririk. Çünki  komanda oyununu daha rəngarəng edəcək. Buna da zaman lazımdı. Həyatda birdən-birə heç nəyə nail olmaq olmur. 

 

- 21 yaş limitinə görə Hollandiyadan Ziya Əzizovu transfer etdiniz. Ancaq mövsümün startı ərəfəsində zədələndi, hələ də "Keşlə"də rəsmi debüt eməyib. Buna nə imkan vermir? Tural Bayramlı belə onu çox üstələyir?

- 21 yaş limitində təkcə Ziya Əzizovu deyil, Ceyhun Muxtarlını da cəlb etmişik. İlk günlərdən təlim-məşq toplanışımızda oldu. Ancaq Ceyhunda əvvəldən ayağında problem oldu. Bu, uzun prosesdi, bu gün də müalicəsi gedir. Ziyanın isə "Zirə"ylə yoxlama matçında barmağında sınıq yarandı. Nəticədə uzun müddət hazırlıq prosesindən kənarda qaldı. Ayağı bir müddət gipspdə qaldı, hardasa 10 gündü məşqlərə başlayıb, komanda çalışmalarımıza qoşulub. Ancaq hələ ki tam hazır deyil. Nə özümüzü, nə də Ziyanı aldada bilərik. Belə baxanda, bu gün Tural bizim üçün daha çox gündəmdədi. Çünki bizdə əsas heyətdə oynayır. həm də U-21 yığmasının üzvüdü. 

 

- Yeri gəlmişkən, orda əsas heyətə düşə bilmir...

- Bu, onların daxili işidi. Biizm işimiz isə gənc futbolçuları əsas heyətdə oynatmaqdı, Yığmada şans verib-verməmək onların öz işidi. Onların işinə qarışa bilmərəm. Cavahdeh şəxs özləridi. Hər halda, sevinərdik ki, Premyer Liqada əsas heyətdə oynayan futbolçular meydançada olsun. Turalın yığmada hansı səbəbdən oynaması bizim üçün maraqlı deyil. Ondan soruşacaq halımız da yoxdu. Çünki cavabdeh şəxs özüdü. Bura mən cavabdehəm, U-21-ə cavabdeh olan öz baş məşqçisi var. Bizdə 2000-ci il təvəllüdlü Pərviz Azadov da var, arabir meydana çıxır. Bəlkə keçən mövsüm əvəzedici heyətdə komandada çıxış etsəydi, bu gün artıq əsas heyətdə yer ala bilərdi. Bundan başqa, bizdə Orxan Fərəcov da var. Ümumilikdə götürdükdcə, Ziyaya ilk gündən həddən çox böyük ümidlərimiz çoxdu. Onun yığmada oyunlarını izləmişik. Hollandiya klubunda da bəzi matçlarına baxmışıq. Çox bəyənmişik, ancaq zədə epidemiyasına görə artıq çox geriləyib. İnşallah, Ziyayla fərdi proqram üzərində işləyirik. Hamı bir məşq edirsə, Əzizovun 2 məşqi olur. Qalan məsələ, oynayıb-oynamayacağı artıq futbolunun özündən, rəqabətə tam gətirməsindən asılıdı. Bu, meydançada olan prosesdi.

 

- Bu turda rəqibiniz olan "Neftçi"nin mövümə uğurlu start götürdüyünü deyə bilmərik. Bu, qələbə şanslarınızı artırmırmı? Hər halda, rəqibdən fərqli sizdə oyun stabiliyi var...

- Bilrsiniz, oyun oyuna bənzəmir. Çempionatda bir də görürsən ki, komanda zəif oynayır, sonra isə tam fərqli çıxışını, uzun müddət uğurla getdiyini görürsən. Bilmirəm, rəqibdə nə baş verir, o haqda düşünmürəm. Hər halda, rəqib olan klubların bütün hər şeyi ilə maraqlanırıq, ordakı prosesləri analiz edirik. Hal-hazırda daxilində nələr baş verir, bunlar işimizin bir hissəsidi. Oyuna gəlincə, düşünürəm ki, çox maraqlı olacaq. Yaxşı, gözəl oyunlardan biri olmalıdı. Hər ikimiz son turda uduzmuşuq, "Neftçi" də çalışacaq ki, "qara zolaq"dan çıxmaq üün qələbə qazansın, Biz də 3 xalımızı qazanmağa, oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Deyərdim ki, şanslar bərabərdi. Kimin qalib gələcəyi 90 dəqiqədə müəyyənləşəcək.

 

- Yəni, aşkar favoritdi...

- Bəli, Rəqib "Neftçi" olsa belə, heç vaxt favorit olduğunu demirəm. Çünki futbolda mümküz heç bir şey yoxdu. Ümumiyyətlə, həyatda da.

 

- Sizə elə gəmir ki, bu çempionat "Qarabağ" və digərlərinin çempionatı olacaq? Hətta "Neftçi" də ona əlcək ata bilmir. Belə gedişlə "Qarabağ"ı çətin kimsə dayandırsın...

- Hələ ki bunu deyirik, gedişat onu göstərir ki, bəli, "Qarabağ" bu gün favorit görünür. Hamımız bunu bilirik, dərk edirik. Bu komanda oyun, transferlər baıxmından o birilərdən üstündü. Həddindən artıq çox böyük fərq var. Ancaq demək olmaz ki, "Qarabağ" məğlubedilməzdi. Hələ qarşıda 24 tur var, çox dəyişikliklər, proseslər gedəcək. 

 

- Avroliqanın qrupunda çıxışı çempionatda mənfi təsir göstərməz? 

- Yox, fikrimcə, heç bir təsir etməyəcək. Çünki "Qarabağ"ın iki eyni səviyyəli heyəti var. Buna görə orda rotasiya eləmək çox rahatdı. Nə qədər dəyişiklik etsən də, yüksək səviyyəli futbolçuları olduğundan bir problem yoxdu. Düşünmürəm ki, hansısa bir Avroliqa matçı onların oyununa təsir etsin. 

 

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB