TOP 10

Muradov "Qəbələ"nin diqqətsizliyin acısını çəkdiyini düşünür: "Baxşıyevin ən çox sevdiyi oyun üslubu budur ki, çox ötürmə verib, qollar vuraq"

Futbol
Tarix: 2019-09-22 10:44

Premyer Liqanın V turunun "Səbail"lə səfər oyununda (1:1) "Qəbələ"nin qolunun müəllifi olan Rövlan Muradov matçdan sonra müsahibə verib.  Premyer Liqada qol hesabını açan U-21 yığmamızın yarımmüdafiəçisi Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə sualları cavablandırıb.

 

- Hesabda öndə olsanız da, ikinci hissədə üstünlüyü əldən verdiniz. Qələbə üçün nə çatmadı?

- Son məqamda bir az diqqətsizlik etdik. Buna görə qapımızda top gördük və 1 xalla kifayətlənməli olduq. 

 

- Son iki oyunda "Qəbələ"də irəliləyiş hiss olunur. Bunu nəylə əlaqələndirirsən?

- Meydanda sadəcə baş məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk. Komandamızda istək var, əzmkarlıq var. Daha da artırmaq istəyirik ki, növbəti oyunlarda da qələbə qazana bilək. Təəssüf ki, bu gün 3 xalı əldən verdik.

 

- Əvvəlki matçlarda niyə belə oynamırdız?

- Elmar Baxşıyev bizdən yalnız ötürmələrlə oynamağı istəyir. Ən sevdiyi oyun üslubu budur ki, çox ötürmə verib, qollar vuraq.

 

- Əvvəlki baş məşqçiniz Sənan Qurbanov fərqli tapşırıqlar verirdi?

- Taktikada müəyyən dəyişikliklər var.

 

- Bundan sonrası üçün gözləntiniz nədi?

- Gündən-günə hər şey daha da yaxşı olacaq.

 

 

CEYHUN ƏLİYEV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB