TOP 10

Sezar Meza Kolli "Keşlə"nin Avroliqaya çıxmaq gücünə malik olduğunu sayır: "Əminliklə deyə bilərəm ki, belə xoşagəlməz hal bir daha baş verməyəcək"

Futbol
Tarix: 2019-09-22 10:29

"Keşlə"nin yay fasiləsində yeni transferləriylə yanaşı, heyətinə qaytardığı futboçular da oldu. Bunlardan biri Sezar Meza Kollidi. Təcrübəli paraqvaylı yarımmüdafiəçi 4-cü dəfə ölkəmizə gələrək yenidən paytaxt təmsilçisinin şərəfini qoruyur. Rumıniyanın "Universitatya Krayova" klubunun "Keşlə"yə 1 iliyə icarəyə verdiyi Sezar Sport24.az-ın suallarını cavablandırıb. 

 

- Bir illik fasilədən yenidən "Keşlə"nin şərəfini qoruyursan. Adaptasiya prosesin necə getdi  İndiki komandayla əvvəlkini necə müqayisə edərdin?

- Tez uyğunlaşa bildim. Çünki çox yaxşı komandamız var. Gərgin məşqlər keçirik, yaxşı baş məşqçimiz, yaxşı rəhbərliyimiz, yaxşı kollektivimiz var. Oyundan oyuna nəticə qazanmaq üçün əlimizdən gələn hər şeyi edirik. Çalışırıq ki, hər qarşılaşmada meydandan qalib ayrılaq. 

 

- 4 oyuna 6 xal. Bu nəticə sizi nə dərəcədə razı salır? Daha çox xal toplamağınıza nə mane oldu?

- Hamı gördü ki, son turda "Səbail"lə yaxşı oynadıq. Real qol şanslarımız oldu, ancaq cəmi 1-dən istifadə edə bildik. Bu, futboldu, belə şeylər olur. İnanırıq ki, gələn qarşılaşmalarda daha yaxşı olacağıq, daha yaxşı oyun sərgiləyərək çox xal toplayacağıq.

 

- Bir il Rumıniyada legioner həyatı yaşamaq səni nə dərəcədə geri saldı? Çünki hələ ki həminki Sezar Meza Kolli deyilsən...

- Seçimimə - "Keşlə"yə qayıtdığıma görə çox razıyam. Rumıniyadakı 1 il karyeramı bəxtsizlik adlandırmaq olar. Çox sevinirəm ki, hazırda "Keşlə"dəyəm və bura gəlməyim düzgün qərar idi.

 

- Səncə, Azərbaycan Premyer Liqasında bu 1 ildə nə dəyişib? Yoxsa həminki gördüyün çempionatdı?

- Belə götürəndə, dəyişiklik yoxdu. Sadəcə, mübarizə bir qədər də çətinləşib. Ümumiyyətlə, hər mövsüm Azərbaycan çempionatı çətindi, ildən-ilə daha da çətinləşir. 

 

- Bəs, hakimlikdə bir dəyişiklik varmı? Gələn kimi, artıq 2-ci turda qırmızı vərəqə aldın. Öz günahın idi, yoxsa haqsızlıqla üzləşdin?

- Bir qədər ağır qərar oldu. Amma düşünürəm ki, otda mənim də səhvim var idi. Bu, bir dəfə baş verdi. Əminliklə deyə bilərəm ki, belə xoşagəlməz hal bir daha baş verməyəcək. 

 

- Bu gün "Neftçi"nin qonağı olacaqsınız. Rəqibinizin heç də yaxşı günlərini yaşamaması qələbə şanslarınızı artırırmı?

- İlk növbədə yaxşı səviyyədə olan "Keşlə"yə güvənirəm. Öz komandam haqda fikirləşirəm, "Neftçi" haqda yox. Həqiqətən güclü komandaya malikək.

 

- Ötən mövsümü uğursuz keçirən "Keşlə"nin bu dəfə qarşısına qoyduğu məqsədə çatmaq - medalçı olaraq avrokuboklara çıxmaq şansı nə dərəcədə yüksəkdi?

- Keçən mövsüm haqda heç nə deyə bilmərəm. Çünki burda deyildim. Ancaq bu mövsüm çox yaxşı komandamız var və əlimizdən gələni edirik ki, bütün qarşılamalarda qalib gələk. Düşünürəm ki, Avropa Liqasına vəsiqə qazanacaq gücümüz, potensialı var.

 

- Qardaşın Derlisin işləri necə gedir?

- Yaxşı. İndi o, Rumıniyada çıxış edir. "Petrolul" klubunun futbolçusudu və mütəmadi oynayır. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB