TOP 10

“40+ Liqa”: liderlər üz-üzə

Futbol
Tarix: 2019-09-22 10:14

Bu gün “ASK Arena”nın mini meydançalarında “40+ Liqa”nın 2-ci turunun qarşılaşmaları keçiriləcək. Sport24.az xəbər verir ki, tura “Baktelekom” - “Keşlə” görüşü ilə start veriləcək. Sözügedən qarşılaşma saat 13:00-da başlayacaq.

 

Bundan 1 saat sonra “Pioner” - “Qardaşlar” cütlüyü qüvvəsini sınayacaq.

 

Saat 15:00-da saytımızın komandası ikinci oyununa çıxacaq. Budəfəki rəqibimiz “BravoDent”di. Nəhayət, 16:00-da ilk turda böyükhesablı qələbə qazanan iki komanda - “OldStars”la “Veteranlar” münasibətilərinə aydınlıq gələcək.

 

Qeyd edək ki, 8 komandanın iştirak etdiyi turnir 2 dövrəni əhatə edəcək və 14 turdan ibarət olacaq.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB