TOP 10

“Neftçi” ilə “Keşlə”dən heç-heçə

Futbol
Tarix: 2019-09-22 20:22

Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə bir görüş baş tutub.


“Neftçi” doğma meydanda “Keşlə” ilə üz-üzə gəlib. Hər ikisi cari mövsümdə qeyri-sabit çıxış edən komandaların duelinin necə başa çatacağı maraqla gözlənilirdi. Paytaxt derbisinin ilk yarısındaca "Neftçi" azlıqda qalıb. Lakin "Keşlə" bu say üstünlüyündən istifadə edə bilməyib və komandalar meydanı qolsuz tərk ediblər.


Tura sabah keçiriləcək “Zirə” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Ötən gün isə “Sumqayıt” “Sabah”a qalib gəlib (1:0), “Səbail” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib (1:1).


Azərbaycan Premyer Liqası
5-ci tur

22 sentyabr


“Neftçi” – “Keşlə” 0:0
Qırmızı vərəqə: D.Gerye, 34 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Bakı. 8-ci km stadionu, 18:30.


Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov.
Baş məşqçi: Tərlan Əhmədov.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB