TOP 10

"Qəbələ"nin vitse-kapitanı son iki matçda 4 xal toplamalarını baş məşqçi dəyişikliyi ilə əlaqələndirməyib: "İlk "beşliy"ə düşəcəyik, hətta bundan da yuxarı yer tutacağıq"

Futbol
Tarix: 2019-09-21 23:08

"Qələbə də qazana bilərdik. Hesabda irəlidə idik. Fikrimcə, son yarım saatda konsentrasiyamız itdi, komandada boşalma oldu. Nəticədə qapımızda top gördük". Sport24.az xəbər verir ki, bunu "Qəbələ"nin vitse-kapitanı Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının V turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri səfər qarşılaşmasından sonra jurnalistlərə açıqlamasında deyib.


33 yaşlı müdafiəçi hava şəraitinin onlara problem yaratdığını söyləməklə yanaşı, komandasının turnir cədvəlində irəliləyəcəyini iddia edib: "Çətin oyunun olacağını gözləyirdik. Külək də hər iki komandaya çətinlik yaratdı. Amma yenə də sona qədər vuruşduq, öz oyunumuzu göstərdik. İndi evə 1 xalla dönürük. Bu heyətlə daha yaxşısını bacara bilərik. Hər şey öz əlimizdədir. İlk "beşliy"ə düşəcəyik. Məncə, hətta ondan da yuxarı yer tutacağıq".

 

Ramaldanov son iki matçda 4 xal toplamalarını baş məşqçi dəyişikliyi ilə əlaqələndirməyib: "Son iki oyundakı uğurlu çıxışın səbəbi odur ki, komandada özünəinam artıb. Bu da öz oyunumuzu sərgiləməyə imkan verir. Bunu Sənan Qurbanovun istefası ilə əlaqələndirməzdim. Onun rəhbərliyi altında da "Sumqayıt"a qarşı eyni oyunu göstərmişdik. Amma qapımızda 2 qol görmüşdük. Düzdür, sonrakı iki matçda istədiyimiz alınmadı. Ancaq ardından futbolçularda inam yarandı".

 

 

CEYHUN ƏLİYEV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB