TOP 10

Fariz Nəcəfov "Qəbələ"nin tam fərqli komandaya çevrilməsinin səbəbini açıqladı: "Məşqçi ilə bağlı namizədlər çoxdu, Elmar Baxşıyevin təsdiqlənməsi variantı da var"

Futbol
Tarix: 2019-09-21 22:18

"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov Premyer Liqanın V turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri matçdan sonra brifinq keçirib. Klub rəhbəri Sport24.az-ın əməkdaşının suallarını da cavablandırıb. 

 

- Son iki oyunda meydanda tamam fərqli komanda var idi. Bunu nə ilə əlaqələndirirsiniz? 
- Düşünürəm ki, bunun səbəbi akademiyamızın gənc yetirmələrinin özlərini göstərmək istəməsidir. Burada başqa bir səbəb yoxdur. Eyni heyət və eyni legionerlərdir. Komandada özünəinamı yarada bilmişik. 

 

- Sanki futbolçular meydanda daha istəklidir...
- Bu, inama görədir. Komanda bundan öncəki görüşdə onu hiss elədi. 

 

- Ola bilər ki, həmin inamı sabiq baş məşqçi Sənan Qurbanov yarada bilməyib, amma Elmar Baxşıyev bunu bacardı? Bəlkə oyunçular nəyəsə görə oynamırdılar?
- Elə bir şey ola bilməz. Kollektiv bir ailə kimidir. Görünən odur ki, kollektivdə inam itmişdi. Sənan müəllim bəlkə də onu bərpa edə bilmədi. 

 

- Demək olar ki, komanda öz oyununu tapıb?
- Sevindirici haldır ki, komandanın əsas hissəsi akademiyadakı futbolçulardan ibarətdir və biz oyunumuzu göstərə bilirik. Son iki görüşdə qolları akademiyanın oyunçuları vurur. Bu isə məni sevindirir. Bu istək və əzmkarlıq olduğu müddət qələbələr olacaq. 

 

- Ölkə xaricində də baş məşqçi axtarışlarını davam etdirirsiniz. Baş məşqçi məsələsinə nə vaxt aydınlıq gələcək?
- Məşqçi ilə bağlı namizədlər çoxdu. Həm ölkədə, həm də ölkə xaricində danışıqlar gedir. Qərar verməyə tələsmirik. Hələ ki, məsələyə baxmırıq. Bu, gündəmdə deyil. 

 

- Elmar Baxşıyev baş məşqçi kimi təsdiqlənə bilər?
- Variant kimi var. Digər səbəblərdən başqa məşqçi məsələsi gündəmdə deyil.

 

 

 

CEYHUN ƏLİYEV
 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB