TOP 10

Sərtan Taşkın qol vuracağını hiss edirmiş: "Qarabağ"dan da xal almağa çalışacağıq"

Futbol
Tarix: 2019-09-21 22:22

"Çətin oyun alındı. Hamımız qələbə qazanmaq istəyirdik. Külək də bizə mane olurdu. Bütün gücümüzlə oynadıq ki, buna qalib gəldi". "Sumqayıt"ın futbolçusu Sərtan Taşkın Premyer Liqanın V turunda evdə "Sabah"ı 1:0 hesabıyla məğlub etdikləri oyundan sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə bu sözləri deyib.

 

Matçda qələbə topunun müəllifi olan sağ cinah müdafiəçisi 3 xala layiq olduqlarını düşünür: "Qoldan əvvəl də fürsətlərim oldu, sadəcə vura bilmədim. Amma hiss edirdim ki, bu gün alınacaq. Ona görə sonadək oynadım. Şükürlər olsun ki, sonda bacardım".

 

Sərtan hər oyunda qol buraxmamaq barədə düşündüklərini bildirib: "Sən vurmayanda, sənə qol vururlar. "Zirə" ilə elə bu stadionda görüşdə belə olmuşdu. Hər matçda bunu fikirləşirik. Bu dəfə kompakt oynadığımızdan qol buraxmadıq. Vəziyyəti özümüz düzəldə bilərik. İnanıram ki, digər qarşılaşmalar da belə hazırlaşsaq, hər şey yaxşı olacaq".

 

Taşkın növbəti turda "Qarabağ"la keçirəcəkləri oyundan da danışıb: "Həmin görüşdə də xal almağa çalışacağıq. Əlbəttə ki, "Qarabağ" güclü komandadı. Buna baxmayaraq, öz oyunumuzu oynamağa çalışacağıq, sonadək döyüşəcəyik".

 

 

 

MEHMAN SÜLEYMANOV

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB