TOP 10

"Qəbələ"nin artan qrafik cızması Elmar Baxşıyevi sevindirir: "Fasilədən sonra müdafiəyə çəkilmək tapşırığı yox idi"

Futbol
Tarix: 2019-09-21 21:54

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində səfərdə “Səbail”lə 1:1 hesablı bərabərliyə qalan “Qəbələ”nin baş məşqçisi əvəzi Elmar Baxşıyev matçsonrası mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. “Səbail” yerli futbolçulardan təşkil olunmuş yaxşı komandadı. Rəqibi düzgün təhlil edib, yetirmələrimi oyuna yaxşı hazırlaya bildik.

 

- Bu, “Qəbələ”nin maksimumu idi?

- “Sumqayıt”la yoxlama oyunundan başlayaraq artan qrafik cızırıq. Bu da məni sevindirir. İki zədəlimiz var. Artıra bilərik.

 

- Ülvi İsgəndərovun qapıçının üstündən atdığı top çərçivəyə düşmədi. Bunu oyunun qırılma anı saymırsız?

- Gənc komandayıq. Əsas odu artıraq. Həmin epizod qol da ola bilərdi.

 

- Bu, tapşırıq idi ki, fasilədən sonra müdafiəyə çəkiləsiniz?

- Xeyr, belə tapşırıq yox idi. Yəqin ki, rəqib də təzyiq göstərdi, uşaqlara da hesab təzyiq göstərirdi.

 

- Hakimlikdən narazı idiniz?

- Xeyr, normal idarəetmə oldu. Futbol – emosiyalar oyunudu. Ola bilər hansısa epizodda etiraz edəm.

 

 

CEYHUN ƏLİYEV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB