TOP 10

Ayxan Abbasov onları tək qoymayan azarkeşlərə təşəkkür etdi və söz verdi: "Bu gün rəqiblə də mübarizə apardıq, küləklə də"

Futbol
Tarix: 2019-09-21 19:55

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının V turunda "Sabah"a evdə 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis öncə görüşü dəyərləndirib.

 

- Bu gün ilk öncə soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək buraxmadılar, onlara ehtiyacımız var idi. Əsl azarkeş olduqlarını nümayiş etdirdilər. Digər tərəfdən, futbolçularımıza təşəkkür edirəm. Önəmli həftə idi. Haqsız xal itkilərimiz olmasaydı, bu gün bəlkə başqa yerdə ola bilərdik. Futboçularda o inamı, istəyi görürdüm. Yaxşı qalibiyyət oldu. Hava şəraitnə baxmayaraq, komandamız yaxşı, istəkli oyunla 3 xalı qazandı. Yenə sözümün üstündə dururam ki, bizə ilk gündən çətin olacaq. Qarşımıza şərt qoyulub ki, gənc futbolçulara şans vermək, onları yetişdirmək lazımdı. Bunun üzərində çalışırıq. Digər klublardan fərqli bizdə oyunçu seçimi azdı. Sabah məğlubiyyət ola bilər, onda günahkar mən olacam. Ancaq söz verirəm ki, "Sumqayıt" əzmkar komanda olacaq.

 

- Rəqibə qarşı oynamaq çətin idi, yoxsa küləyə?

- Sumqayıtda bu havaya öyrəşmişik, bu, birinci dəfə deyi. Bizi sevindirən odur ki, ikinci hisədə küləyə qarşı oynadanda, bu dəfə uduzmadıq. Ancaq bunadək "Neftçi" və "Səbail"lə matçlarda ilk hissədə üstün olsaq da, ikinci hissədə buraxdığımız qolla yenilmişdik. Bunu nəzərə alaraq, futbolçularımıza fasilədən sonra hücum etməyi tapşırmışdım. Belə çətin şəraitdə olsa belə 4-5 qol imkanımız oldu. Rəqiblə də mübarizə apardıq, küləklə də. "Sabah"ın da durumu bəllidi.  Onlara da qələbə lazım idi ki, bu da bizə çətinlik yaradırdı.

 

 

MEHMAN SÜLEYMANOV

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB