TOP 10

"Sabah"ın baş məşqçi əvəzi hücumdakı problemlərdən gileyləndi: "Ponomaryovla hələ görüşməmişəm, görüşəndən sonra..."

Futbol
Tarix: 2019-09-21 19:46

"Sabah"ın baş məşqçi əvəzi Rövşən Babayev Azərbaycan Premyer Liqasının V turunda "Sumqayıt"a səfərdə 0:1 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, adıçəkilən mütəxəssis əvvəlcə matç haqda danışıb.

 

- Rəqibi təbrik edirəm. Hava şəraiti öz sözünü dedi. Qısa müddətdə komandada vəziyyəti dəyişməyə çalıdşıq. Ancaq alınmadı. İşimizi davam etdərək son pillədən qurtulmağa çalışacağıq.

 

- İkinci 45 dəqiqə külək istiqamətində "Sabah" oynadı. Çoxlu qol imkanları yaratdınız. Niyə vura bilmədiniz?

- Hiss  olunur ki, hücumda çatışmazlığımız var. Gücləri çatmır, keyfiyyət istənilən deyil. Hücumdakı futbolçularımız yüksək səviyyədə deyillər. 

 

- Bir həftə baş məşqçi əvəzi oldunuz. Müvəqqəti baş məşqçi İqor Ponomaryova nə məsləhət görərdiniz?

- Onunla görüşməmişik ki, nəsə deyim. Bu görüşdən sonra deyə bilərəm. Əslində, bir həftə yox, 4-5 gün iş başında olmuşam. Bu mövsüm əvəzediiclərdə olsa da, əsas komandada baş verənləri bilirdim. Ponomaryovla görüşəndə deməyə sözüm olacaq.

 

- Vaxtilə Sumqayıt"ın baş məşqçisi çalışmışısınız. Sumqayıta rəqib kimi gələrkən hansı hissləri keçirirdiniz?

- Yaxşı sualdı. Udmaq istəyirdik. Ancaq alınmadı. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB