TOP 10

Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

Dünya Futbolu
Tarix: 2019-09-21 18:34

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 9-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
 

Sözügedən komanda səfərdə “Halleşer”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.


Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.


Münster klubu 9 turdan sonra 9 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB