TOP 10

Külək - millimizin ardıcıl məğlubiyyətlərinin günahkarı

Futbol
Tarix: 2019-09-21 16:48

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Belarusun müvafiq yaş qurupundan ibarət komandasına 0:2 hesabı ilə məğlub olduğunu xəbər vermişdik. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd açıqlama verib:
 

“Qələbə münasibətiylə rəqibi təbrik edirəm. Fikrimcə, Belarus millisi Avropa çempionatının ilkin seçmə mərhələsinə tam hazır bir komandadır. Xüsusən, atletik baxımdan çox güclüdürlər. İlk qarşılaşmada olduğu kimi, güclü külək şəraitində keçən oyundan heç bir fayda götürmədik. Heç vaxt təslim olmamalıyıq. Böyük əzmkarlıqla, birlikdə səhvlərimizi aradan qaldırmaq üçün çalışmalıyıq.


Bu gün iki məsələ çox önəmlidir. Birincisi, futbolçuların fiziki durumunu yüksəltmək, ikincisi isə mütləq şəkildə mövcud yaş liqasında yox, özlərindən yaşca yuxarı liqalarda oynamalıdırlar”.


Azərbaycan millisi bir neçə gün əvvəl də Belarus yığması ilə qarşılaşmış və 1:4 hesabı ilə məğlub olmuşdu. Həmin oyundan sonra Vüqar Məmməd günahı küləkdə görmüş, “Hava küləkli olduğu üçün oyunda nəzərdə tutduğumuz taktiki işləri həyata keçirə bilmədik” açıqlaması vermişdi. 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB