TOP 10

Şərif Şərifov da Olimpiadaya lisenziya qazandı

Güləş
Tarix: 2019-09-21 15:08

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Sport24.az xəbər verir ki, 31 yaşlı idmançı bu uğura 97 kq çəki dərəcəsində imza atıb. 
 

Olimpiya, dünya və Avropa çempionu 1/4 final mərhələsində gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze üzərində qələbə sayəsində yarımfinala yüksələrək, ilk “6-lıq”dakı yerini təmin edib. Beləliklə, Şərifov lisenziya normasını doldurub. O, Azərbaycanın hazırkı dünya çempionatında ikinci, ümumilikdə isə 5-ci lisenziyasını təmin edib. Eyni zamanda, Şərifov karyerasında üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB