TOP 10

Sumqayıtda ilk qələbə axtarışı, "Bakcell Arena"da paytaxt derbisi, Zirədə "Qarabağ"ın heç vaxt uduzmadığı rəqiblə dueli

Futbol
Tarix: 2019-09-21 14:30

Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək. Sport24.az xəbər verir ki, bu dəfə tur 3 gündə keçiriləcək. Buna da səbəb "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində matçıyla əlaqədar çempionatdakı oyununun bir gün sonraya salınmasıdı.

 

Turun mərkəzi matçı da ona yekun vuracaq bu qarşılaşma olacaq. Lider "Qarabağ" 3-cü pillədə gedən "Zirə"nin qonağı olacaq. Ancaq bu rəqib Ağdam təmsilçisi üçün çox münasib sayılır. Çünki "Zirə" Premyer Liqada çıxış etdiyi bu 4 mövsümdə heç vaxt "Qarabağ"ı məğlub edə bilməyib. Üstəlik, Qurban Qurbanovun komandası son matçda "Zirə"dən qol buraxmayıb. "Qartallar" isə son 6 mövsümün çempionuyla görüşdə ən yaxşı halda 4 heç-heçə edərək 12-də uduzub. İndi bu seriyanı qırmaq lap çətin görünür. Hər halda, onu unutmayaq ki, "Qarabağ" ın ilk turda nəinki yüzfaizli nəticə göstərib, qol da buraxmayıb. 

 

Tura bu gün Sumqayıtda start veriləcək. Turnir cədvəlində "qonşu" olan "Sumqayıt"la "Sabah" açılış matçında görüşəcək. Cari mövsümə uğursuz start götürən qonaqlar baş məşqçi dəyişikliyi edib. Elşad Əhmədovun istefasını qəbul edən "Sabah" bu oyuna komandanı hazırlaşdırmağı əvəzedici heyətin çalışdırıcısı Rövşən Babayevə tapşırıb. Müvəqqəti baş məşqçi isə millimizin sabiq çalışdırıcısı İqor Ponomaryov təyin olunub ki, bu matçı fəxri tribunadan izləyəcək. Son pillədə olan "Sabah" ilk qələbəsini qazanmağa çalışacaq. "Sumqayıt" isə bu çempionata səfər qələbəsiylə başlasa da, sonradan məğlubiyyətləri sıralayıb. Özü də bu 3 yenilginin 2-si evdə qeydə alınıb. Göründüyü kimi, Sumqayıtdakı görüşdə hər iki komanda yalnız qələbəyə oynayacaq. Özü də ötən mövsüm  "Sumqayıt" meydan sahibi olduğu görüşlərdə 1:0 hesablı qələbələr qeydə alınıb - birincidə qonaqlar, ikinci meydan sahiblərinə buna nail olub. 

 

"Qəbələ" ardıcıl 2-ci səfər matçını keçirərək bu dəfə paytaxtda "Səbail"in qonağı olacaq. Baş məşqçi əvəzi olan Elmar Baxşıyev Masazırın ardınca Bayılda qələbə qazanmağa çalışacaq. Ancaq statistika "Qəbələ" əleyihindədi. Çünki bu komandanın duellərində son 7 matçda meydan sahibi olan komamda uduzmayıb. "Qəbələ" isə son 3 dəfərdə qalib gələ bilməyib. Bu komanda ötən mövsüm bürünc medal mübarizəsində apardılar ki, 3-cü pilləni hələ qış fasiləsinədək ələ keçirən "Səbail"nu sonadək əldən verməyərək həm tarixində ilk dəfə Premyer Liqanın medalçısı oldu, həm də avrokuboklara vəsiqə qazandı.

 

Sabah isə Bakı derbisinə şahid olacağıq. Məhz "Neftçi"ylə"Keşlə" bu turun cütləri arasında ən çox qarşılaşanlardı. Bu, Premyer  Liqamızda yubiley - 60-cı görüşü olacaq. "Keşlə"ylə "Neftçi" də turnir cədvəlində "qonşu"durlar. Mövsümə uğursuz start götürən "Neftçi" hələ ki xalarını məhz evdə qazanıb və qalib gələrsə, rəqibini turnri cədvəlində arxada qoyacaq. "Keşlə" isə ötən turda da "Bakcell Arena"da çıxış edirdi. Sadəcə. onda nominal meydan sahibi idi və "Səbail"ə 1:2 hesabıyla yenildi. “Neftçi” son 4 matçda qol buraxmadan qalib gəlibsə, “Keşlə” səfərdə son 7 görüşdə xal qazanmayıb.

  

 

Azərbaycan Premyer Liqası, V tur

21 sentyabr (şənbə)

17:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sumqayıt. “Kapital Bank Arena” stadionu

 

19:45. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. “ASCO Arena” stadionu

 

22 sentyabr (bazar)

18:30. “Neftçi” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Bakı. “Bakcell Arena" stadionu

 

23 sentyabr (bazar ertəsi)

19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. Zirə İdman Kompleksinin stadionu

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB