TOP 10

Vəliyev, Musayev, Abbaszadə, Məmmədli

Futbol
Tarix: 2019-09-21 12:38

Azərbaycan Premyer Liqasının V turunun matçları "CBC Sport"la canlı yayımlanacaq. Sport24.az xəbər verir ki, bu gün açılış matçı olan "Sumqayıt" - "Sabah" görüşünü Süleyman Vəliyev şərh edəcək. "Kapital Bank Arena"dakı matç saat 17:30-da başlayacaq. Bu gün saat 19:45-də "ASCO Arena"da keçiriləcək oyunun şərhçisi Pərviz Musayev olacaq.

 

Sabah saat 18:30-da "Bakcell Arena"da olacaq qarşılaşmanı Gündüz Abbaszadənin şərhində izləyəcəyik. Nəhayət, tura gələn bazar ertəsi yekun vuracaq "Zirə" - "Qarabağ" oyununda Elnur Məmmədli iş başında olacaq. Zirə İdman Kompleksinin stadionndakı matç saat 19:00-da başlayacaq. 

 

 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB