TOP 10

Monçi "Qarabağ"la matçın asan olmadığını sayır: "Bakıdan qayıdana kimi "Real" haqqında danışmamışdıq"

Futbol
Tarix: 2019-09-21 12:00

"Qarabağ"a qarşılaşmamız asan olmadı. Komanda çempionatın əvvəlindən eyni xətt üzrə hərəkət edir. Hər zaman uğurlu start yaxşıdı". Sport24.az xəbər verir ki, bunu "Marca"ya açıqlamasında "Sevilya"nın idman direktoru Roman Monçi deyib.

 

51 yaşlı funksioner Primeronun qarşıdakı turunda "Real"la matç barədə də danışaraq həmin görüşdə liderliklərini qorumaq istədiklərini açıqlayıb: "Real" hər zaman oyunun favoritidi. Doğrusunu söyləməliyəm, Bakıdan qayıdana kimi "Real" haqqında danışmamışdıq. Həmin vaxt yalnız "Qarabağ"la matça köklənmişdik".

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin I turunda Tofiq Bəhramov adına Respublika Stadionunda "Sevilya"ya 0:3 hesabı ilə uduzub. İlk 4 turdan sonra Primeroda vahid lider olan sevilyalılar 2 xal qabaqladığı "Kral klubu"yla sentybarın 22-də Bakı vaxtı ilə saat 23:00-da görüşəcək. 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB