TOP 10

UEFA "Qarabağ"ı yenə cəzalandırdı

Futbol
Tarix: 2019-09-21 11:25

UEFA növbəti dəfə "Qarabağ" klubunu cərimələyib. Sport24/az xəbər verir ki, Avropa futbol qurumunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçinin avqustun 13-ü Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

 

Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə azarkeşlər meydana kənar əşyalar atdığı üçün "Qarabağ"a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.

 

Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu turnirin qrup mərhələsinin ilk matçında evdə İspaniya "Sevilya"sına məğlub olub - 0:3. 

 

UEFA daha öncə "Qarabağ"ı İrlandiya Dandolk"unu məğlub etdiyi (3:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa görə də cərimələyib (report/az)

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB