TOP 10

“Sabah” “Sumqayıt”a uduzdu, “Səbail”lə “Qəbələ”dən heç-heçə

Futbol
Tarix: 2019-09-21 21:37

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.


Öncə son üç turda ardıcıl məğlubiyyətlərlə üzləşən “Sumqayıt” doğma meydanda özü kimi cari mövsümə uğursuz başlayan “Sabah”ı qəbul edib. Sumqayıtlılar bu görüşdən qələbə ilə ayrılıblar. 


Günün digər matçı isə “Səbail”lə “Qəbələ” arasında baş tutub. İkinci pillədə qərarlaşan paytaxt təmsilçisi mövqeyini qorumaq arzusundaydı. Əyalət təmsilçisi isə ötən tur qazandığı ilk qələbənin təsadüfi olmadığını isbatlamaq istəyirdi. Qarşılaşma heç-heçə yekunlaşıb.


Turun digər oyunlarına gəlincə, sabah “Neftçi” “Keşlə” ilə üz-üzə gələcəksə, sentyabrın 23-də “Zirə” “Qarabağ”ı qəbul edəcək.


Azərbaycan Premyer Liqası
5-ci tur

21 sentyabr


“Sumqayıt” – “Sabah” 1:0
Qol: S.Taşqın, 34.
Qırmızı vərəqə: M.Şərifi, 77 (ikinci sarı).
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev.
“Sumqayıt Arena”, 17:30.


Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 9. Amil Yunanov, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 94. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 8. Peyman Babayi, 44. Elvin Cəfərquliyev, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Sabah: 1. Saşa Stamenkoviç, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 21. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 14. Rəşad Eyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 19. Rocer Roxas, 99. Abbas Ağazadə, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.


“Səbail” – “Qəbələ” 1:1
Qol: M.Abbasov, 68 - R.Muradov, 17.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu.
“ASCO Arena”, 19:45.


Səbail: 85. Kamal Bayramov, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 14. Ülvi İsgəndərov, 7. Roman Hüseynov, 9. Davit Volkov, 3. İviça Zuniç, 77. Merab Giqauri, 21. Fernan Lopes, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 10. Klesio Bauk, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB