TOP 10

“Səbail”lə “Qəbələ”nin 11-ci dueli

Futbol
Tarix: 2019-09-21 10:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, turun ilk oyun günündə meydana çıxacaq “Qəbələ” “Səbail”lə qarşılaşacaq. 
 

Səfərdə oynayacaq bölgə təmsilçisi mövsümdə 5-ci qarşılaşmasını keçirəcək. Bakıdakı “ASCO Arena” stadionunda baş tutacaq matç iki rəqib arasında 11-ci duel olacaq. 2017-ci ildə ilk dəfə üz-üzə gələn komandalar indiyədək 8 dəfə Premyer Liqa, 2 dəfə Azərbaycan kuboku çərçivəsində görüşüblər. “Qəbələ” bu oyunlarda 6 qələbə qazanıb. 2 dəfə heç-heçə edən “qırmızı-qaralar” eyni sayda məğlubiyyət alıb. “Qəbələ”nin üstünlüyü top fərqində də əks olunub – 19:10. Baqali Dabo paytaxt təmsilçisini daha çox – 6 dəfə məyus edib. Famussa kone və Ceyms Adeniyinin hesabında 3 qol var.


Ölkə çempionatlarındakı oyunlarda da “Qəbələ” üstündü. Əvvəlki 8 matçda 4 qələbə qazanan “qırmızı-qaralar” 2 dəfə meydandan bir xalla ayrılıbsa, 2 dəfə uduzub. 14 qol vuran futbolçularımız 8 top buraxıblar.

Xatırladaq ki, bu gün baş tutacaq matç saat 19:45-də başlayacaq.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB