TOP 10

İlk turdakı nəticələr Qurban Qurbanovun fikirlərini birmənalı dəyişib: "Qrupdakı hər bir oyuna bugünkündən daha ciddi hazırlaşmalıyıq"

Futbol
Tarix: 2019-09-19 23:29

Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Sevilya”ya 0:3 məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyunu dəyərləndirib.

 

- Güclü rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindi. “Sevilya” dinamik komandadı, topla çox çevik davranırlar. Futbolçularıma təşəkkür edirəm. Belə komandalarla oynayanda öz gücünü də görürsən, rəqibin də. Rəqibi təbrik edirəm. Yaxşı oyun sərgiləyib, layiqli qələbə qazandılar. Azarkeşlərimizə minnətdaram ki, sonadək bizi dəstəklədilər.

 

- İlk turda qeydə alınan nəticələr qarşıdakı 5 turla bağlı fikirlərinizdə nələrisə dəyişdimi?
- Birmənalı şəkildə dəyişdi. Nə qədər ciddi hazırlaşırdıqsa qrup oyunlarına, bundan sonra daha ciddi və daha diqqətli olmalıyıq. Bu tur göstərdi ki, məğlubedilməz komanda yoxdu. Qrupdakı hər bir oyuna bugünkündən daha ciddi hazırlaşmalıyıq.

 

- Hayme Romeronun əvəzlənməsi nə ilə bağlı idi?
- “Neftçi”ylə oyundan sonra da bildirmişdim ki, o, 3 gün xəstə olub. Məşqlərdə iştirak etməmişdi, çəkisini də itirmişdi. Bu görüşdə də riskə getmədik. Eyni zamanda, tempi qorumaq üçün bu addımı atdıq.

 

- Oyuna Araz Abdullayevi buraxanda bir daha hiss etdinizmi ki, komandanızın daha bir forvarda ehtiyacınız var?

- Mahir Emreli zədəlidi. Transferlərə gəlincə, imkan daxilində maksimumunu etdik.


- Miçelin oyunundan razı qaldınız?
- Hamıdan razı qaldım, o cümlədən də Miçeldən.
 

 

CEYHUN ƏLİYEV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB