TOP 10

Mahirlə Hacı təsəlliverici görüşə çıxacaq - DÇ-də

Güləş
Tarix: 2019-09-19 21:11

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 57 və 65 kq-da mübarizəyə start verilib. 
 

Mahir Əmiraslanov təsnifat mərhələsində çətinliklə də olsa, qırğız güləşçiyə qalib gəlib. Rusiyalı dünya çempionuyla görüş dramatik keçib. Həmyerlimiz hesabda 3:0 öndə olsa da, üstünlüyü əldən verərək uduzub.


Hacı Əliyev startda 2 il əvvəl dünya çempionatının finalında məğlub etdiyi Hacımurad Rəşidovla qarşılaşıb. Hakimlərin müəmmalı qərarlarıyla Hacı görüşdən məğlub ayrılıb.


Amma rəqibləri finala qədər irəlilədiyi üçün, həm Mahir, həm də Hacı təsəlliverici görüşlərdə qüvvəsini sınamaq şansı əldə edib. Bu görüşlər sabah keçiriləcək.


57 kq
Təsnifat - Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (KGZ) 5:4
1/16 final - Mahir Əmiraslanov - Zavur Uquyev (RUS) 3:4
Təsəlliverici görüş - Mahir Əmiraslanov - Bexbayar Erdenebat (MGL)


65 kq
Təsnifat - Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 2:4
Təsəlliverici görüş - Hacı Əliyev - Əmr Ramazan Hüseyn (EGY)

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB