TOP 10

"Qəbələ"nin kapitanı: “Hər matç final xarakteri daşıyır”

Futbol
Tarix: 2019-09-19 14:42

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Səbail”lə görüşəcək “Qəbələ” səfər matçının hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Anar Nəzirov, sentyabrın 21-dəki görüş barədə klubun saytına açıqlama verib:
 

“Səbail”lə qarşılaşmaya yaxşı hazırlaşmağa çalışırıq. Bizim üçün hər oyun çox vacibdir. Səfərdə oynayacağımız bu matçdan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Arxada qalan dörd turda yalnız bir qələbə qazanmışıq. Bu da demək olar ki, çox azdır. Hər matç final xarakteri daşıyır. Əlimizdən gələni edib, ən yaxşı oyunumuzu nümayiş etdirib, səfərdən lazım olan xal, qələbə ilə dönmək niyyətindəyik”.


Ötən tur “Sabah”la səfər matçında əldə olunan 1:0 hesablı qələbənin əhəmiyyətini vurğulayan təcrübəli qapıçı qarşıdakı rəqib barədə də fikirlərini bölüşüb:


“Əlbəttə, “Sabah” üzərində ötən turda qazanılan qələbə bizim üçün çox vacib idi. Bu, komandaya əlavə özünəinam bəxş etdi. Çünki buna qədər həm qol vura bilmirdik, həm xal qazanmırdıq. Paytaxt səfərində isə qol da vurduq, qələbə də qazandıq. Bundan sonra hər şey qaydasına düşdü. “Səbail” turnir cədvəlində də üst pillələrdə qərarlaşıb. Güclü komandadır. Hər görüşdə sürpriz etməyə qadir komandadır. İstəyimiz odur ki, onlarla matçda da əlimizdən gələni edərək, qalib gələk”.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB