TOP 10

Millimiz Belarusa qarşı

Futbol
Tarix: 2019-09-19 12:40

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, Bakı Olimpiya stadionunun ehtiyat meydançasında saat 17:00-da başlayacaq qarşılaşmanı Tural Qurbanov idarə edəcək.

Hidayət Feyzullayev və Şirmamed Mamedov yan-xətt hakimi olacaq. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.


Bu komandalar arasında sentyabrın 21-də, saat 12:00-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyunda isə baş hakim Cavid Cəlilov olacaq. Ona Rəhman İmani və Elşad Abdullayev kömək edəcək. Dördüncü hakim Tural Qurbanov olacaq.


Yoxlama oyunu
19 sentyabr


17:00. Azərbaycan – Belarus

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB