TOP 10

Azərbaycan boksçuları DÇ-dən medalsız qayıdır

Boks
Tarix: 2019-09-19 14:00

Rusiyanın Yekaterinburq şəhərində boks üzrə keçirilən dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri yekunlaşıb. Sport24.az xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin 2 üzvü mübarizə aparıb.
 

Boksçumuz Dominqes Alfonso (81 kq) 1/4 finalda özbəkistanlı Dilşodbek Ruzmetovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqib 3:2 hesabı ilə qələbə qazanıb.


+91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də medalın bir addımlığında büdrəyib. Avstraliyalı Justis Huni ilə gücünü yoxlayan idmançı 0:5 hesabı ilə məğlub olub.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB