TOP 10

“Qəbələ”nin məşqçi coğrafiyası - Rusiya, Ukrayna və Xorvatiya

Futbol
Tarix: 2019-09-19 10:01

Ölkə xaricində məşqçi axtarışını davam etdirən “Qəbələ” heç bir mütəxəssislə danışıq masasına əyləşməsə də, təklif edilənlərin coğrafiyası bir istiqamətdəndi. Sport24.az xəbər verir ki, əyalət təmsilcisinə yalnız Şərqi Avropadan olan məşqçilər təklif edilib. Söhbət üç ölkədən gedir - Xorvatiya, Ukrayna və Rusiya.

 

Bunların arasında 2017-2018 mövsumundə “Keşlə”ylə Azərbaycan Kubokunu qazanan Yuri Maksimov da var. “Qəbələ”nin tarixində daha öncə ukraynalı Roman Qriqorçuk, rusiyalı Yuri Syomin kimi mütəxəssislər çalışıblarsa, indiyədək xorvatiyalı baş məşqçi “qırmızı-qaralar”ın “sükanı arxası”nda olmayıb.

 

Qeyd edək ki, Sənan Qurbanovun istefasından sonra komandaya müvəqqəti olaraq, Elmar Baxşıyev başçılıq edir.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB