TOP 10

PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

Dünya Futbolu
Tarix: 2019-09-19 01:03

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, bu gün A, B, C və D qruplarındakı da ilk qarşılaşmalar baş tutub.

 

Günün ən diqqətçəkən oyunu Parisdə yerli PSJ ilə Madrid "Real"ı arasında baş tutub. Meydan sahibləri bu oyunda 3 xalı 3 qolla qazanıblar.

 

"Atletiko" - "Yuventus" qarşılaşmasına da maraq böyük idi. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.

 

Türkiyə çempionu “Qalatasaray” isə səfərdə “Brügge” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyun da heç-heçə yekunlaşıb.

 

UEFA Çempionlar Liqası

18 sentyabr

 

A qrupu

 

"Brügge" (Belçika) - "Qalatasaray" (Türkiyə) 0:0

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

 

PSJ (Fransa) - "Real" (İspaniya) 3:0
Qol: Di Mariya, 14; 33. Munye, 90+1.

Baş hakim: Entoni Teylor (İngiltərə).

 

B qrupu

 

"Olimpiakos" (Yunanıstan) - "Tottenhem" (İngiltərə) 2:2
Qol: Podense, 44. Valbuena, 54-pen – H.Keyn, 26-pen. Lukas, 30.

Baş hakim: Canluka Rokki (İtaliya).

 

"Bavariya" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) 3:0
Qol: Koman, 34. Levandovski, 80. Müller, 90+1.

Baş hakim: Robert Madden (Şotlandiya)

 

C qrupu

 

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Atalanta" (İtaliya) 4:0
Qol: Leovaç, 10. Orşiç, 31; 42; 68.

Baş hakim: Xesus Gil Manzano (İspaniya)

 

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Siti" (İngiltərə) 0:3
Qol: Mahrez, 24. İ.Gündoğan, 38. Qabriel, 76.

Baş hakim: Artur Manuel Ribeyro Soareş Dias (Portuqaliya)

 

D qrupu

 

"Atletiko" (İspaniya) - "Yuventus" (İtaliya) 2:2

Qol: Saviç, 70. Herrera, 90 – Kuadrado, 48. Matuidi, 65.
Baş hakim: Danni Makkelie (Hollandiya)

 

"Bayer" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya) 1:2
Qol: Hövedes, 25-öz qapısına – Krixovyak, 16. Barinov, 37.

Baş hakim: Pavel Raçkovski (Polşa)

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB