TOP 10

Lopeteqi "Qarabağ"la matçda yalnız qələbəyə köklənib: "Bütün atlara minmək mümkün deyil, bir ata minmək haqda fikirləşirik"

Futbol
Tarix: 2019-09-18 18:44

"Sevilya"nın baş məşqçisi Xolen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistkərin suallarını cavablandırıb.

 

- İspaniyanın bunadək "Atletik" və "Atletiko" klubları Bakıya gələrək qələbə qazana bilməyib. Bu faktı bilrsiniz? Bilirsinizsə, nə hansı hisslər keçirsiniz?

- Əlbəttə. bura gəlmiş İspaniya kubları haqda məlumatım var, həmin faktları bilirəm. Azərbaycan klublarının heyətində güclü futbolçular olub. Bu, yerli futbolçulardı, həm də legionerlərdi. Bu da ispanların işini çətinləşdirib.

 

- Bakıda heç-heçə sizi nə dərəcədə qane edəcək? Mümkün məğlubiyyət sizin üçün nə deməkdi?

- Bütün çətinliklərə,  "Qarabağ"ın güclü rəqib olmasına baxmayaraq, bura qələbə qazanmağa gəlmişik. 

 

- İspaniya mətbuatında "Real"la oyuna görə aparıcı futbolçlarını qoruyacağınız haqda yazılır. Bunu gözləmək olarmı, yoxda meydana döyüşkən heyət buraxacaqsınız?

- Bizim üçün sadəcə bir matç var - o da "Qarabağ"a qarşı. Bütün atlara eyni vaxtda minmək mümkün deyil. Bir ata minmək haqda fikirləşirik. Bütün enerjimizi ona yönəldəcəyik.  

 

- Əsas heyəti müəyyənləşdirmisiniz?

- Oyun ən yaxşı formada olanlardan ibarət komandanı çıxaracağıq. Mümkündür ki, son oyunlarda görmədiyiniz bir neçə futbolçuya şans tanıyaq.

 

- Oyun planında hansı dəyişiklər etməyi planlaşdırısınız?

- Bu, sabah görünəcək. Bütün futboçular hazır vəziyyətdi. Dəyişiklər də baş verə bilər. 

 

 

MEHMAN SÜLEYMANOV

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB