TOP 10

Elis Manolova üçün DÇ-də bürünc medal şansı

Güləş
Tarix: 2019-09-18 16:46

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə 57, 59, 65 və 76 kq-da mübarizəyə start verilib.
 

Alyona Kolesnik dünya çempionatına inamlı start verib. İkinci hissəyə başlayan kimi uğurlu fənd icra edən təmsilçimiz Ukrayna güləşçisinə “tuşe” ilə qalib gəlib. Lakin növbəti mərhələdə Şimali Koreya təmsilçisiylə bacarmayıb.


Tatyana Omelçenko ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məyus edib. Vyetnam təmsilçisinə də gücünü göstərən Omelçenko adını 1/4 finala yazdırıb. Kanada təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə üstünlüyü əldən verən Tatyana məğlubiyyətə üzülüb. Ancaq rəqib finala yüksəldiyi üçün Omelçenko sentyabrın 19-da təsəlliverici görüşə çıxacaq.


Mübarizəyə 1/8 finaldan qoşulan Elis Manolova hindistanlı rəqibini "tuşe" ilə devirib. Avropa çempionu 1/4 finalda Türkiyə güləşçisinə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısıyla görüşdən məğlub ayrılan Elis sentyabrın 19-da bürünc medal üçün güləşəcək.


Səbirə Əliyeva ilk mərhələdə Koreya güləşçisiylə gərgin keçən qarşılaşmadan qalib ayrılıb. Ancaq həmyerlimiz 1/8 finalda alman həmkarına müqavimət göstərə bilməyib.


Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sentyabrın 19-da Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


57 kq
Təsnifat - Alyona Kolesnik - İrina Çixradze (UKR) 5:0 (tuşe)
1/8 final - Alyona Kolesnik - İn Sun Yonq (PRK) 0:11


59 kq
Təsnifat - Tatyana Omelçenko - Ana Paulina Mokeyava (NZL) 6:0 (tuşe)
1/8 final - Tatyana Omelçenko - Ti Huonq Dao (VİE) 10:2
1/4 final - Tatyana Omelçenko - Linda Morais (CAN) 4:6
Təsəlliverici görüş - Tatyana Omelçenko - Anjelina Lisak (UKR)


65 kq
1/8 final - Elis Manolova - Kaur Navyot (İND) 5:0 (tuşe)
1/4 final - Elis Manolova - Kadriye Aksoy (TUR) 5:0 (tuşe)
1/2 final - Elis Manolova - İnna Trajukova (RUS) 4:6
Bürünc medal görüşü - Elis Manolova 


76 kq
Təsnifat - Səbirə Əliyeva - Eunyu Hvanq (KOR) 5:2
1/8 final - Səbirə Əliyeva - Aline Rotter Fokker (GER) 0:11

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB