TOP 10

"Qarabağ"ın ispaniyalı legioneri: "Sevilya"yla görüş mənim üçün özəl oyundu, bizim də onlara qarşı arzularımız var"

Futbol
Tarix: 2019-09-18 16:29

“Həmvətənlərimi salamlayıram. "Sevilya" kimi komandaya qarşı oynamaq xoşdur. Mövsümün sonunda məşqçilərini dəyişmişdilər. Heyətlərində dəyişiklik edib, daha güclü futbolçular aldılar. Bizim də onlara qarşı arzularımız var. Uğurlu nəticə qazanmağa çalışacağıq. Sport24.az  xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Miçel Madera "Sevilya" ilə qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin ilk turun matçından öncə mətbuat konfransında deyib.

 

Təcrübəli yarımmüdafiəçi üçün həmyerliləri ilə qarşılaşma özəl oyundu: "Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdir. Turnirboyu bütün oyunlardan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq. Üç gün əvvəl çempionat matçımız var idi, "Neftçi"ylə həmin köklənmişdik. Bundan sonra istirahət oldi. Bu gün bazada olacağıq, bu barədə danışmağa vaxtımız olacaq. Böyük kluba qarşı çıxış edəcəyik. Doğma azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq".

 

Mişel vaxtilə “Sevilya”ya qarşı bir neçə dəfə çıxış edib. Maraqlıdı, bu komanda ilə hansı oyun futbolçu üçün xüsusi yaddaqalandr: "Sevilya"ya qarşı oyunlarım illər öncə olub. “Sportinq Xixon” və “Xetafe”də olarkən xoş və xoşagəlməz xatirələr olub. Həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlar olub. Çempionlar Liqasında oynamağa can atan komandadır. "Sevilya"da Xetafe”də birgə oynadığım Serxio Eskudero var. Hələ ki, onunla görüşməmişəm. Yəqin ki, sabah belə bir imkanım olacaq".

 

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB