TOP 10

Elis Manolova dünya çempionatının yarımfinalında

Güləş
Tarix: 2019-09-18 13:22

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə 57, 59, 65 və 76 kq-da mübarizəyə start verilib.

Alyona Kolesnik dünya çempionatına inamlı start verib. İkinci hissəyə başlayan kimi uğurlu fənd icra edən təmsilçimiz Ukrayna güləşçisinə “tuşe” ilə qalib gəlib. Lakin növbəti mərhələdə Şimali Koreya təmsilçisiylə bacarmayıb.

Tatyana Omelçenko ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məyus edib. Vyetnam təmsilçisinə də gücünü göstərən Omelçenko adını 1/4 finala yazdırıb. Kanada təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə üstünlüyü əldən verən Tatyana məğlubiyyətə üzülüb.

Mübarizəyə 1/8 finaldan qoşulan Elis Manolova hindistanlı rəqibini "tuşe" ilə devirib. Avropa çempionu 1/4 finalda Türkiyə güləşçisinə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib.

Səbirə Əliyeva ilk mərhələdə Koreya güləşçisiylə gərgin keçən qarşılaşmadan qalib ayrılıb. Ancaq həmyerlimiz 1/8 finalda alman həmkarına müqavimət göstərə bilməyib.


Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 14:45-də başlayacaq və İTV vasitəsilə canlı yayımlanacaq.


57 kq
Təsnifat - Alyona Kolesnik - İrina Çixradze (UKR) 5:0 (tuşe)
1/8 final - Alyona Kolesnik - İn Sun Yonq (PRK) 0:11


59 kq
Təsnifat - Tatyana Omelçenko - Ana Paulina Mokeyava (NZL) 6:0 (tuşe)
1/8 final - Tatyana Omelçenko - Ti Huonq Dao (VİE) 10:2
1/4 final - Tatyana Omelçenko - Linda Morais (CAN) 4:6


65 kq
1/8 final - Elis Manolova - Kaur Navyot (İND) 5:0 (tuşe)
1/4 final - Elis Manolova - Kadriye Aksoy (TUR) 5:0 (tuşe)
1/2 final - Elis Manolova - İnna Trajukova (RUS)


76 kq
Təsnifat - Səbirə Əliyeva - Eunyu Hvanq (KOR) 5:2
1/8 final - Səbirə Əliyeva - Aline Rotter Fokker (GER) 0:11

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB