TOP 10

"Sevilya"nın prezidenti: "Hazırda "Real"ı yox, "Qarabağ"dan başqa heç nəyi düşünmürük"

Futbol
Tarix: 2019-09-18 13:00

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq "Sevilya"nın prezidenti Xose Kastro İspaniyanın məşhur AS nəşrinə açıqlama verib. Sport24.az xəbər verir ki, Avropa Liqasındakı hədəfləri barədə danışan klub prezidenti turnirdə yeni macəraya başladıqlarını bildirib: "Avropa Liqasında bacardıqca irəli getmək istəyirik. Önəmli turnirə hörmətlə yanaşırıq. Hər halda, iştirakçılar arasında "Portu", "Arsenal", "Roma" kimi klublar var. Primeroda mövsümə möhtəşəm start verdik. Lakin dörd tur arxada qalıb. Çempionat isə maya qədər davam edir".

 

Prezident baş məşqçisi Xulen Lopeteqinin işinin uğurlu olacağına inandığını deyib: "Onunla çox söhbətləşdik. Şəhərdə və yaratdığımız şəraitdən çox məmnundur. "Real"da və milli komandada fəaliyyəti fərqli ola bilər. "Sevilya"da işinin uğurlu olmaq arzusu var. Ümid edirəm ki, titul dolu mövsüm yaşayarıq. Düşünürəm ki, heyətdə rotasiyalar edə biləcək. Məntiqlə düşünsək, bu, mümkündür. Bakıya yol çox uzaqdır və üç gündən bir oynayırıq. Əlbəttə, baş məşqçi böyük güc sərf edən futbolçulara istirahət verə bilər. Ancaq hər şey baş məşqçinin qərarından asılıdır".

 

Kastro qarşıdakı turda "Real"la görüşü deyil, indi yalnız "Qarabağ"ı düşündüklərini ifadə edib: "Hazırda "Qarabağ"dan başqa heç nəyi düşünmürük. Madrid klubu ilə oyun həftəsonu olsa da, hələ  ona var. Çempionatda lider olan klublar üzləşəcək. "Qarabağ" iki mövsüm əvvəl "Atletiko"nu Çempionlar Liqasından uzaqlaşdırmışdı. Rəqibə daha da önəm verməliyik".

 

Xatırladaq ki, hazırda Primeroda vahid lider olan "Sevilya" "Qarabağ"la sabah 20:55-də Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcək. 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB