TOP 10

Çempionlar Liqasında yeni rekord

Dünya Futbolu
Tarix: 2019-09-18 13:43

Ötən gün futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20-ci illər mövsümünə start verildi. Sport24.az xəbər verir ki, ilk oyun gününün ən böyükhesablı qələbəsi “E” qrupunda qeydə alındı. 

 

Öz meydanında "Genk"i (Belçika) qəbul edən "Zalsburq" (Avstriya) rəqib qapısından 6 top keçirib. Qonaqlar bu qollardan yalnız ikisinin əvəzini çıxa biliblər.

 

Ev sahiblərinin qollarından üçünü norveçli Erlinq Holann vurub.

 

Artıq 2-ci dəqiqədə hesabı açan 19 yaşlı hücumçu 34-cü dəqiqədə rəqib qapıçı ilə təkbətəkdən də qalib ayrılıb. 45-ci dəqiqədə isə o, het-trikini rəsmiləşdirib.

 

Bununla da o, Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Norveçliyə qədər heç kim ÇL matçının birinci yarısında üç qol vurmağı bacarmayıb. İndi Erlinq Çempionlar Liqası matçının ilk yarısında het-trik edən ən gənc futbolçudu (19 yaş, 58 gün). Rekordun əvvəlki müəllifi Andrey Şevçenko idi.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB