TOP 10

"Sevilya" Bakıda - VİDEO

Futbol
Tarix: 2019-09-18 10:10

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq "Sevilya" Bakıya gəlib.Sport24.az xəbər verir ki, İspaniya təmsilçisi 6 saatlıq uçuşdan sonra Azərbaycana çatıb.

 

Klubun sosial şəbəkə hesabı bununla bağlı video paylaşıb: "Sevilya"nın Azərbaycan torpağında ilk dəqiqələri. Gecən xeyir, Bakı!".

 

Klub rəhbərliyindən prezident Xose Kastro, vitse-prezident Qabriel Ramos, baş direktorlar Ramon Monçi və Xose Mariya Krus, onların müavini Xessus Arroyo, müşavirləri Luis Kastro, Andres Blaskes və Xose Mariya Mansano da Bakıya gəlib. Komandanın əsas hücumçusu Nolito zədəli olduğu üçün gətirilməyib. İştirak ərizəsinə daxil edilməyən Lukas Okampos Bakıya gəlsə də, cəzalı durumda olduğu üçün meydana çıxmayacaq.

 

Xatırladaq ki, sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB